2024-cü il dövlət büdcəsində DVX xətti ilə daxilolmaların cari ilin gözlənilən daxilolmalarına nisbətən 2 238 milyon manat və ya 13.9% azalması proqnozlaşdırılır.
Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
2024-cü il üçün qeyri- neft sektoru üzrə ÜDM-in həcminin artırılması eləcə də iqtisadi aktivliyin stimullaşdıran mülayim inflyasiya səviyyəsinə nail olunmasının hədəflənməsi şəraitində neft-qaz sektorundan əlavə dəyərin həcminin azalması hesabına DVX xətti ilə təmin edilməli gəlirlər üzrə daxilolmaların cari ilin gözlənilən daxilolmalarına nisbətən 2 238 milyon manat və ya 13.9% azalması dövıət büdcəsinin ümumi gəlirlərinin də gözlənilən daxilolmalarla müqayisədə az proqnozlaşdırılması ilə nəticələnib.
apa
Bizi sosial şəbəkələrdən izləyin!!