Müəllif: Mehin Qasımova/Banco.az
Ukrayna Rusiya qazının öz ərazisi ilə Avropaya tranziti ilə bağlı müqaviləni yeniləməyəcək.
Banco.az xəbər verir ki, bunu Ukraynanın "Naftoqaz" şirkətinin rəhbəri Aleksey Çernışev deyib.
Onun sözlərinə görə, iki ölkə arasında müqavilələr 2024-cü ilin sonuna qədər qüvvədədir:
“Bir daha qeyd etmək istəyirəm ki, biz bu tranzitin davam etdirilməsinə təşəbbüs göstərməyəcəyik. Müqavilə başa çatacaq və tranzit dayanacaq. Ukraynanın müqaviləni vaxtından əvvəl ləğv etməyə hazırdı. Lakin Aİ ölkələri belə olan halda qazsız qalacaq və qış istilik mövsümünə hazırlaşa bilməyəcək".
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti İqor Yuşkov xəbərdarlıq edib ki, Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsini pozarsa, bunun nəticələri ağır olacaq.Bu qlobal qaz bazarında qiymətlərin artmasına səbəb olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!