Elon Musk "X" sosial media platforması hesabında sahibi olduğu "Starlink" peyk internet sistemi şirkətinin Qəzzada tanınmış beynəlxalq yardım təşkilatlarına bağlantı xidmətləri göstərəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, İlon Maskın Qəzzada tanınmış beynəlxalq yardım təşkilatlarını internetlə təmin etmək cəhdi İsrail hökumətində narahatlıq yaradıb.
Rabitə naziri Karhi, "X" sosial media platforması hesabından Elon Maskın Qəzzada beynəlxalq yardım təşkilatlarına internet təmin edilməsi ilə bağlı mesajına sitat gətirərək bu sözləri paylaşıb:
"İsrail bütün vasitələrdən istifadə edərək bununla mübarizə aparacaq. HƏMAS bundan terror fəaliyyətləri üçün istifadə edəcək. Buna heç bir şübhə yoxdur, biz bunu bilirik, Mask bunu bilir. Bu halda ofisim (peyk internet sistemi) Starlink ilə bütün əlaqəni kəsəcək".
Bizi sosial şəbəkələrdən izləyin!!