Müəllif: Mehin Qasımova/Banco.az
Çinli şirkətlər gəlirlərinin kəskin azalması ilə üzləşirlər.
Banco.az bu barədə Çin Dövlət Statistika İdarəsinin məlumatlarına istinadən xəbər verir .
Belə ki, 2023-cü ilin yanvar-sentyabr ayları arasında Çinin əsas sənaye müəssisələrində mənfəət illik müqayisədə 9 faiz azalaraq 5,411 trilyon yuana (739,6 milyard dollar) düşüb.
Hasilat sənayesi ilə məşğul olan müəssisələr mənfəətinin 19,9 faizini, emal sənayesi isə 10,1 faizini itirib.
Bununla yanaşı, enerji, elektrik enerjisi və qaz istehsalı ilə məşğul olan şirkətlərin mənfəəti kəskin 38,7 faiz artıb.
Ayrılıqda iri dövlət sənaye müəssisələrinin mənfəəti 11,5 faiz, səhmdar müəssisələrinin mənfəəti 8,7 faiz, özəl müəssisələrin mənfəəti 3,2 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!