Aİ Kiyevə 50 milyard avroluq yardımla bağlı razılığa gəlməyib | Banco.az

Aİ Kiyevə 50 milyard avroluq yardımla bağlı razılığa gəlməyib

Müəllif:Mehin Qasımova/Banco.az

Aİ Kiyevə 50 milyard avroluq yardımla bağlı razılığa gəlməyib.

Banco.az xəbər verir ki, Aİ ölkələri   2024-cü ildən 2027-ci ilə qədər olan dövr üçün Ukrayna üçün 50 milyard avro məbləğində maliyyələşməni nəzərdə tutan çoxillik Aİ büdcəsinə dəyişikliklərlə bağlı  hələlik razılıq əldə edə bilməyiblər.

Bu düzəlişlərin koordinasiyasının 2023-cü ilin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.

Beliçika tərəfi bəyan edib ki,  Avropa Komissiyasının Ukraynaya 2024-2027-ci illər üçün 50 milyard avroluq yardım proqramının maliyyələşdirilməsi üçün Aİ büdcəsinə töhfələrin artırılması tələbini dəstəkləməyəcək .

Ən sərfəli kredit üçün müraciət et

Amerikanın “The Hill” nəşri  isə Qərb ölkələrinin Ukraynaya kömək etməkdən yorulduğunu qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram