Müəllif:Mehin Qasımova/Banco.az
Rusiyanın MDB ölkələri ilə ticarət dövriyyəsi 8 ayda 16% artıb.
Banco.az xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Avrasiya Hökumətlərarası Şurasının oktyabrın 26-da Bişkekdə açılan iclası ərəfəsində bildirib.
İqtisadi inkişaf naziri qeyd edib ki, Birlik ölkələrinin Rusiyanın ticarət dövriyyəsindəki payı rekord həddə - 14,2 % -ə çatıb.
Onun sözlərinə görə, ticarət göstəriciləri artır, bu, ölkə iqtisadiyyatının inkişafına təkan verir.
“MDB ölkələri ilə ticarətin Rusiyanın ÜDM-ə töhfəsi hazırda təxminən 7%-dir. Bu, çox ciddi göstəricidir”, - deyə Reşetnikov vurğulayıb.
Nazir qeyd edib ki, bütün MDB-də ticarət həcminin 74%-i Belarus və Qazaxıstanın payına düşür:
"Özbəkistanla ticarət son beş ildə hər il 20% artıb. Həmçinin, səkkiz ay ərzində Ermənistan və Azərbaycanla ticarətin həcmi bir yarım dəfə artıb".
Bizi sosial şəbəkələrdən izləyin!!