Müəllif: Gülnar Əhmədli, Banco.az
Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 50,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istiandən xəbər verir ki, bu, əvvəlki hərracla müqayisədə 27,1 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, oktyabr ayı ərzində keçirilən hərraclarda tələb cədvəldəki kimi olub:
Tarix |
Tələb |
26 oktyabr |
50,5 milyon dollar |
24 oktyabr |
23,4 milyon dollar |
19 oktyabr |
17,8 milyon dollar |
17 oktyabr |
6,9 milyon dollar |
12 oktyabr |
41 milyon dollar |
10 oktyabr |
47,4 milyon dollar |
5 oktyabr |
9,7 milyon dollar |
3 oktyabr |
54,1 milyon dollar |
Bizi sosial şəbəkələrdən izləyin!!