ABŞ-ın texnologiya nəhəngi gəlirlərini artırıb | Banco.az

ABŞ-ın texnologiya nəhəngi gəlirlərini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“IBM” firmasının gəlirləri ilin üçüncü rübündə artım göstərib.

Banco.az xəbər verir ki, iyul-sentyabr dövrü üzrə balans hesabatını açıqlayan “IBM”in üçüncü rübdə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 14,8 milyard dollara çatıb.

ABŞ-IN texnologiya nəhəngi 2022-ci ilin üçüncü rübündə 14,1 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti isə ilin üçüncü rübündə 1,7 milyard dollara yüksəlib. “IBM” ötən ilin üçüncü rübündə 3,2 milyard dollar zərərə uğradığını açıqlamışdı.

Qeyd edək ki, ötən ilin üçüncü rübündə hər səhmə görə 3,54 dollar xalis zərərlə üzləşən şirkət bu ilin eyni rübündə hər səhmə görə 1,84 dollar xalis mənfəət əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram