"Ford" işçilərlə razılaşdı- Tətil sona çatdı | Banco.az

"Ford" işçilərlə razılaşdı- Tətil sona çatdı

Müəllif: Mehin Qasımova/Banco.az

ABŞ-da avtomobil işçilərinin həmkarlar ittifaqı olan Birləşmiş Avtomobil İşçiləri (UAW) "Ford Motor" ilə kollektiv danışıqlarda müvəqqəti razılığa gəlib.

Beləliklə, üç böyük avtomobil istehsalçısı arasında "Ford" sentyabrın ortalarında başlayan və 45.000 nəfərin iştirak etdiyi tətillər zamanı aparılan danışıqlar nəticəsində razılığa gələn ilk şirkət olub.

Qeyd edək ki, 3 böyük avtomobil  istehsalçısını hədəf alan avtomobil işçilərinin tətili sentyabrın 15-də başlayıb və birliyin 88 illik tarixində ilk dəfə olaraq 3 avtomobil zavodunun işçiləri birlikdə tətilə çıxıblar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et