Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarında 59 milyon manat xalis mənfəət əldə ediblər.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.
Məlumata görə, bu il sentyabrın 30-u tarixinə BOKT-ların aktivləri 682,2 milyon manat olub. Bu da illik müqayisədə 203,9 milyon manat və ya 42,6% çoxdur.
Hesabat ayları ərzində BOKT-ların öhdəlikləri 41,8% artaraq 388,4 milyon manata, balans kapitalı isə 43,7% artaraq 293,8 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!