Kanada Mərkəzi Bankı faiz dərəcəsini 22 ilin maksimumunda saxlayıb | Banco.az

Kanada Mərkəzi Bankı faiz dərəcəsini 22 ilin maksimumunda saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada Mərkəzi Bankı faiz dərəcələrini 22 ilin ən yüksək səviyyəsində saxlayıb.

Banco.az xəbər verir ki, Kanada Bankı (mərkəzi bank) uçot dərəcəsini proqnozlara uyğun olaraq 22 ilin ən yüksək səviyyəsi olan 5 faizdə sabit saxlayıb.

Kanada Bankının verdiyi açıqlamada bankın monetar sərtləşdirmə siyasətini davam etdirdiyi bildirilib.

Qlobal iqtisadiyyatın zəiflədiyi vurğulanan açıqlamada uçot dərəcələrindəki artımlar və son zamanlar qlobal istiqraz gəlirlərindəki artımın tələb üzərində təzyiq yaratması səbəbiylə böyümənin daha da yavaşlaması gözlənildiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et