Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin oktyabr ayının əvvəlinə Azərbaycan bankları 2 milyard 582 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 13,3%, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 32% çoxdur.
Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği ötən ayın əvvəlində 2 milyard 279 milyon manata, ötən ilin oktyabr ayının 1-də isə 1 milyard 956 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!