Avronun çökməsi ilə dollar yüksəlir | Banco.az

Avronun çökməsi ilə dollar yüksəlir

Müəllif: Gülbəniz Hüseynli/ Banco.az

Son vaxtlar Avronun ucuzlaşması ABŞ valyutasınının indeksini gücləndirib.

Banco.az-ın məlumatına görə, dolların indeksi 0,33% artaraq 105,95 səviyyəsində olub.

Amma bundan əvvəl 105,35-ə düşüb ki, bu da 22 Sentyabrdan bəri ən aşağı göstəricidir. Avropadakı bankların ekspertləri hesab edir ki,  avro zonasının və Almaniya iqtisadiyyatının ABŞ ilə müqayisədə zəifliyi dolların enişinə təsir edə bilər.

Qlobal maliyyə bazarları  da ABŞ istiqrazlarının gəlirliliyindəki artımdan təsirlənib.

Nəticədə 10 illik xəzinədarlıq gəlirliliyi 5%-dən yuxarı qalxıb ki, bu da 2007-ci ilin iyul ayından bu yana ən yüksək səviyyə deməkdir. 

Analitik, tanınmış investor Bill Ackman sosial media hesabında baş verənlərin geosiyasi narahatlıq yaratdığını vurğulayıb.

Dollar İsveçrə frankı qarşısında sonuncu dəfə 0,29% bahalaşaraq 0,8935 frank olub.  Təhlükəsiz sığınacaq olaraq görülən İsveçrə valyutasına təsirin  İsrail və Həmas arasında müharibədən qaynaqlandığı bildirilib. 

Britaniya funtu da 0,3% ucuzlaşaraq 1,2212 dollar olub. Kriptovalyuta bazarlarında da  bitkoin Asiya ticarət saatlarında yüksəlməyə davam edərək 2022-ci ilin may ayından bu yana ən yüksək göstərici olan 35,198 dollara çatıb.

Bildirək ki,  Federal Ehtiyat Sisteminin qərarından sonra İngiltərə Bankı gələn həftə cümə axşamı faiz dərəcələrini təyin etməlidir. Avropa Mərkəzi Bankının iclası bu cümə axşamı başa çatır, treyderlər hər üç mərkəzi bankın məzənnələri sabit saxlayacağını gözləyirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram