"Microsoft" şirkəti maliyyə göstəricilərini açıqlayıb | Banco.az

"Microsoft" şirkəti maliyyə göstəricilərini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” şirkətinin gəlirləri iyul-sentyabr aylarında artıb.

Banco.az xəbər verir ki, təqvimində 30 sentyabr 2023-cü ildə başa çatacaq 3 aylıq dövrü 2024-cü maliyyə ilinin birinci rübü kimi qəbul edən “Microsoft” balans hesabatını açıqlayıb.

Hesabatda qeyd olunub ki, şirkətin gəlirləri bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 56,5 milyard dollara çatıb. “Microsoft” 2022-ci ilin eyni dövründə 50,1 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti də eyni dövrdə 27 faiz artaraq 22,3 milyard dollara yüksəlib. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 17,6 milyard dollar olub.

Qeyd edək ki, “Microsoft”un ötən ilin iyul-sentyabr dövründə 2,35 dollar olaraq hesablanan səhm başına xalis mənfəəti isə bu il 2,99 dollar olaraq qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram