Müəllif: Tamara Mustafayeva, Banco.az
“Spotify” gəlirini 3,4 milyard avroya qədər artırıb.
Banco.az xəbər verir ki, onlayn musiqi bazarının aparıcı şirkətlərindən biri olan “Spotify” bu ilin üçüncü rübündə illik gəlirlərini 11 faiz artıraraq 3,4 milyard avroya çatdırıb.
Üçüncü rübdə güclü nəticələr açıqlayan şirkətin ümumi aktiv istifadəçilərinin sayı 26 faiz artaraq 574 milyona çatıb.
Şirkətdən verilən yazılı açıqlamada bu nəticələrin şirkətin bu vaxta qədər əldə etdiyi ikinci ən yaxşı üçüncü rüb üzrə göstəricilər olduğu qeyd edilib.
“Spotify” bu rübdə həmçinin 32 milyon avro əməliyyat gəliri əldə etməklə gəlirliliyə də qayıdıb.
Bizi sosial şəbəkələrdən izləyin!!