Müəllif: Tamara Mustafayeva, Banco.az
İƏİT: Miqrasiya 2022-ci ildə rekord səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ötən il 6 milyondan çox yeni daimi immiqrantla təşkilatın ölkələrinə daimi miqrasiyanın rekord səviyyəyə çatdığını açıqlayıb.
Belə ki, qurum “Beynəlxalq Miqrasiyaya Baxış 2023” hesabatını dərc edib.
Hesabata görə, İƏİT ölkələrinə daimi miqrasiya ötən il 2021-ci ilə nisbətən 26 faiz artarkən, aparıcı rəqəmlər bu artımın 2023-cü ildə də davam etdiyini göstərir. Ötən il İƏİT ölkələrinə daimi miqrasiya 6 milyondan çox yeni daimi miqrant sayı ilə rekord həddə çatıb.
Bu rekord səviyyələrə humanitar və əmək miqrasiyası, həmçinin ailə üzvlərini müşayiət edən immiqrantların sayının artması səbəb olub. Bütün yeni daimi miqrasiyanın 40 faizi ailə miqrasiyasından yarandığı halda, bunun 21 faizi əməklə bağlı miqrasiya olub.
Kanada və Ukrayna rekord sayda immiqrasiya göstəricisi açıqlayıblar. Xatırladaq ki, bu rəqəmlərdə ukraynalı qaçqınlar istisna edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!