Müəllif: Tamara Mustafayeva, Banco.az
IEA: Dünyada qalıq yanacağa tələbat 2030-cu ilə qədər pik həddə çatacaq.
Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) 2030-cu ilə qədər dünyada qalıq yanacağa tələbatın pik həddə çatacağını bəyan edib.
Beynəlxalq Enerji Agentliyi (IEA) daha çox elektrik avtomobilinin yollara çıxması və Çin iqtisadiyyatının daha zəif artım göstərərək daha təmiz enerjiyə yönəlməsi dünyanın qalıq yanacağa tələbatı 2030-cu ilə qədər pik həddə çatacaq.
Sənayeləşmiş ölkələrə tövsiyələrini çatdıran agentliyin illik hesabatı Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neftə tələbatın 2030-cu ildən sonra artmağa davam edəcəyini proqnozlaşdıran və neft sektoruna trilyonlarla dollarlıq yeni sərmayələr yatırılmasını nəzərdə tutan fikri ilə ziddiyyət təşkil edib.
Çərşənbə axşamı dərc olunan illik “Dünya Enerji Baxışı” hesabatında IEA hökumətlərin mövcud siyasətlərinə əsaslanan ssenarisində neft, təbii qaz və kömürə olan tələbatın pik hədlərinin bu 10 ildə müşahidə oluna biləcəyini və bunun ilk dəfə baş verəcəyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!