Əmlaka yatırım, yoxsa bank əmanəti - HANSI SƏRFƏLİDİR? | Banco.az

Əmlaka yatırım, yoxsa bank əmanəti - HANSI SƏRFƏLİDİR?

Müəllif: Mehin Qasımova/Banco.az

İnvestisiya müasir iqtisadiyyatın ayrılmaz hissəsidir. İstənilən investisiyanın əsas məqsədi gəlir əldə etməkdir.

Bu gün bir çox potensial gəlir mənbələri arasında pulu effektiv idarə etməyin iki yolu nəzərdən keçirilir - bank depozitləri və daşınmaz əmlak bazarı…

Mövzu ilə bağlı Banco.az-a danışan iqtisadçı Xalid Kərimli bildirir ki, bu məsələyə fərqli aspektdən yanaşmaq lazımdır:

“Passiv əlavə gəlir əldə etmək və üzünmüddətli kapitalı saxlamaq məqsədinə əsaslansaq, o zaman mənzil şübhəsiz ki, daha sərfəli olacaqdır. Məsələn, daşınmaz əmlakın alınması o halda investisiya sayıla bilər ki, onu satarkən inflyasiya və təmir, kommunal xidmətlər, mebel və məişət texnikası xərcləri nəzərə alınmaqla daha çox olsun. İnvestorlar ona diqqət edirlər ki, əmlakın kvadrat metri bu gün nə qədərdir, beş  il sonra nə qədər olacaqdır. Təbii ki, qiymətdə həm artma, həm azalma ola bilər. Real əmlak bazarı riski azan olan , eyni zamanda, gəlirliyi də az olan  bazardır. Risk və gəlirlilik arasında əlaqə var. Risk yüksəkdirsə, gəlirlilik də yüksəkdir, risk azdırsa, gəlirlilik də azdır. Daşınmaz əmlak bazarında investorlar əmlakın bahalaşma imkanına diqqət edirlər.  Bu gün əmlak bazarında gəlirlilik  ənənəvi sürətdə 4-5 faizdən çox olmayaraq dəyişir. İnvestor 4-5 faizlik gəlirə razılaşırsa, ümid edirsə ki, qiymət də paralel artacaq,  onda fərqli yöndə addım ata bilər”.

Ekspert qeyd edir ki, daha az risk etmək istəyən şəxslər daşınmaz əmlak bazarına, nisbətən riskə meyilli insanlar isə, depozit bazarına müraciət etməlidirlər. Bu təbii ki, ümumi bir yanaşmadır:

“Depozitlə  bağlı müəyyən həcmə qədər risklər aşağıdır. 100 min manata qədər əmanətlər dövlət tərəfindən sığortalanır. Vəsait  həddindən   çox olarsa, bunu bir banka qoya bilməzsiz. Həmin vəsaiti bir neçə bank arasında bölüşdürmək lazımdır. Daha az riskli banklar axtardıqda gəlirlilik aşağı olacaq. Daha çox riskli banklarda isə, gəlirlilik yüksəkdir və bu da banklardan aslı olaraq dəyişir. Eyni zamanda, siz banka depozit yerləşdirməklə  həm valyuta riskini, həm bankın riskini, həm də vəsaitin müəyyən həcmi sığortalansa da, qalan vasaitin riskini öz üzərinizə götürürsüz.

Ən sərfəli kredit üçün müraciət et

Banka pul qoyub faizləri yenidən investisiya etməklə, pulunuzu itkisiz onilliklər ərzində saxlaya bilərsiniz. Yəni, gəlirlərini artırmaq istəyənlər banka sərmayə qoysa, daha çox gəlir əldə edə bilər.

Ümumilikdə, vəsaitin həcmi qərar verməkdə mühüm rol oynayır. Vəsaitin həcmi, sizin risk iştahanız, bazarda inflyasiya göstəriciləri yatırımınızı hara qoyacağınızdan aslı olaraq dəyişir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et