Müəllif: Gülnar Əhmədli, Banco.az
İsrail bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 1 milyard 206 milyon 977 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 145 milyon dollar və ya 10,7% azdır.
Hesabat dövründə İsrailin idxal etdiyi neftin həcmi isə illik müqayisədə 7,4% artaraq 2 milyon tona yaxınlaşıb.
Qeyd edək ki, İsrail həcmlərinə görə Azərbaycanın ən çox xam neft ixrac etdiyi 2-ci ölkədir. Ötən ilin eyni dövründə İsrail bu siyahıda 3-cü olub.
Bizi sosial şəbəkələrdən izləyin!!