Müəllif: Mehin Qasımova/Banco.az
Çin Apple-ın əsas tərəfdaşlarından biri və dünyanın ən böyük iPhone istehsalçısı olan Tayvanın "Foxconn" şirkəti ilə bağlı araşdırmaya başlayıb.
Banco.az xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.
Məlumata görə, Çinin vergi orqanları Guangdong və Jiangsu əyalətlərində Foxconn-un obyektlərini, təbii ehtiyatlar rəsmiləri isə Henan və Hubei əyalətlərindəki obyektləri yoxlayıblar.
Foxconn-un mətbuat xidməti bildirib ki, şirkət səlahiyyətlilərlə əməkdaşlıq edəcək:
“Qanunlara və qaydalara riayət etmək bütün dünyada qrupun əsas prinsipidir. Biz müvafiq orqanlarla fəal əməkdaşlıq edəcəyik”.
Araşdırmanın səbəbləri və digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, avqust ayında Foxconn-un qurucusu Terri Qou Tayvan prezidentliyinə namizədliyini açıqlamışdı.
"Forbes" Terri Qounun sərvətini 6,9 milyard dollar dəyərində qiymətləndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!