Türkiyədə elektrik avtomobillərinin satışı 9 dəfə artıb | Banco.az

Türkiyədə elektrik avtomobillərinin satışı 9 dəfə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə avtomobil bazarında elektrik avtomobillərinin satışı 39 min 51 ədədə çatıb.

Banco.az xəbər verir ki, Avtomobil Distribyutorları və Mobillik Assosiasiyasının (ODMD) məlumatına görə, Türkiyənin avtomobil və yüngül kommersiya avtomobillərin ümumi satış həcmi 2023-cü ilin yanvar-sentyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 64,8 faiz artaraq 857 min 575 ədədə çatıb.

Ölkənin avtomobil bazarında bu ilin ilk 9 ayında benzinlə işləyən avtomobillər 448 min 152 ədəd satışla birinci, dizellə işləyən avtomobillər isə 102 min 184 ədədlə ikinci yerdə qərarlaşıb. Hibrid avtomobil satışı 70 min 72, avtoqaz avtomobil satışı isə 7 min 431 ədəd hesablanıb.

Elektrik avtomobillərinin satışı isə 39 min 51 ədəd ilə avtoqaz avtomobil satışlarını xeyli üstələyib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında Türkiyədə 4 min 56 elektromobil satılmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et