Müharibə iqtisadi narahatlıqları artırıb | Banco.az

Müharibə iqtisadi narahatlıqları artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsrail və HƏMAS arasındakı münaqişələr dünya iqtisadiyyatı üçün yeni təhlükə yaradıb.

Banco.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi dünyada inflyasiyanın sürətlənməsinə səbəb olub.

Başda inkişaf etmiş iqtisadiyyatlar olmaqla, dünyanın əksər ölkələrində faiz artımı prosesi 1,5 ildir davam edir.

İnflyasiya əhəmiyyətli dərəcədə azalsa da, bu dəfə İsrail-Həmas qarşıdurması narahatlıq doğurub.

Kredit reytinq agentliyi “S&P” artan enerji qiymətlərinə diqqət çəkib. Yeni inflyasiya şokunun baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edən qurum, “Artıq dünyada iqtisadi zəifləmə siqnalı güclənir. Əksər ölkələr texniki tənəzzüldədir”, deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Qəzzada xəstəxanaya edilən hücumdan sonra neft 92 dollara qalxıb. Daha sonra Şimali Amerika qitəsindən gələn bir xəbər qiymətin aşağı düşməsinə səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et