"Fitch" türk bankları üçün nikbin təhlil yayımlayıb | Banco.az

"Fitch" türk bankları üçün nikbin təhlil yayımlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch” 2023-cü ilin ikinci yarısında türk bankçılığındakı marjaların bir qədər yaxşılaşacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, “Fitch Ratings” Türkiyənin bank sektorunda marjaların ilin ikinci yarısında yüksək kredit faizləri və CPI indeksli istiqraz gəlirləri səbəbindən bir qədər canlanma göstərə biləcəyini proqnozlaşdırıb.

Kredit reytinqi agentliyi ilin ikinci yarısında KKM-də mərhələli azalmalar səbəbindən valyuta depozitlərinin paylarında ciddi artım gözləmir.

Hesabatda "CET1 nisbətlərinin ümumiyyətlə adekvat olaraq qaldığı" qiymətləndirilib.

Agentlik həmçinin tənzimləmələrin 2023-cü ilin ikinci rübündə bank krediti artımına təsir etdiyini və bu artımın ilin ikinci yarısında aşağı səviyyədə qalacağını proqnozlaşdırdığını da qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et