Avropa İttifaqında avtomobil satışları artmaqdadır | Banco.az

Avropa İttifaqında avtomobil satışları artmaqdadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ-də avtomobillərin satışı 14-cü aydır ki, artmağa davam edib.

Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) sentyabr ayı üzrə Avropa İttifaqı (Aİ) ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ötən ay avtomobil satışlarının yarısından çoxunu təşkil edən elektrik və hibrid avtomobillərinin satışındakı artım ilə Aİ-də yeni avtomobil satışları sentyabr ayında 9,2 faiz artıb. Bununla da, region ölkələrində ardıcıl 14-cü aydır ki, satış artımı qeydə alınıb. 

Qeyd edək ki, tam elektrik avtomobil satışları əvvəlki ilə nisbətən 14,3 faiz, tam hibrid satışlar isə 30 faizdən çox artıb.

Məlumatlara görə, Avropa İttifaqı, Böyük Britaniya və Avropa Azad Ticarət Assosiasiyasında (EFTA) qeydiyyata alınan yeni avtomobillərin ümumi sayı 11,1 faiz artaraq 1,17 milyon ədəd olub.

Bildirilib ki, dizel modellərinin satışı əvvəlki illə müqayisədə 15,9 faizdən 12,5 faizə düşüb. Hələ 2015-ci ildə dizel avtomobilləri Aİ-də yeni avtomobil satışlarının 50 faizindən çoxunu təşkil edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram