Müəllif: Gülnar Əhmədli, Banco.az
"Unibank" cari ilin III rübünü yüksək nəticələrlə başa vurub. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Bankın xalis mənfəəti 21 milyon 907 min manat olub.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivləri də 87 milyon 167 min manat artaraq 1 milyard 528 milyon manata çatıb.
Bankın artıq milyard manatı ötən kredit portfeli üçüncü rüb ərzində bir qədər də artaraq 1 milyard 47 milyon manata çatıb. Bu isə 2022-ci ilin ilk 9 ayı ilə müqayisədə 19% artım deməkdir.
"Unibank"ın ümumi depozit portfeli də 1 milyardlıq rekord hədd üzrə artmaqda davam edir. İlk 9 ayın nəticələrinə görə, Bankın depozit portfeli ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 268 milyon 879 min manat və ya 31% artaraq 1 milyard 124 milyon manatı ötüb.
Bizi sosial şəbəkələrdən izləyin!!