Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ipoteka kreditlərinə müraciət ötən 28 ilin ən aşağı səviyyəsinə geriləyib.
Banco.az xəbər verir ki, İpoteka Bankları İttifaqının (MBA) məlumatlarına görə, 13 oktyabrda sona çatan həftə ərzində ipoteka müraciətləri əvvəlki həftə ilə müqayisədə 6,9 faiz azalıb.
Bu dövrdə ev almaq üçün müraciətlər əvvəlki həftə ilə müqayisədə 6 faiz, yenidən maliyyələşdirmə müraciətləri isə 10 faiz azalıb.
Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi də 6-cı həftədir ki, artım dinamikasını davam etdirərək 7,67 faizdən 7,7 faizə yüksəlib.
Həmin dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi 6,97 faizdən 6,98 faizə qalxıb.
Bizi sosial şəbəkələrdən izləyin!!