Bu il ən çox hansı valyuta dəyər qazanıb? | Banco.az

Bu il ən çox hansı valyuta dəyər qazanıb?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin üçüncü rübündə ən çox yüksələn valyuta Əfqanıstanın milli pul vahidi əfqani olub.

Banco.az xəbər verir ki, əfqani iyulun 1-dən etibarən dollara nisbətdə 9% dəyər qazanıb. Bu da əfqanini qlobal reytinqlərdə birinci yerə çıxarıb.

Beləliklə, Əfqanıstan valyutası 2023-cü ilin əvvəlindən 14% dəyər qazanaraq, bu il Kolumbiya pesosu və Şri Lanka rupisindən sonra dünyanın ən güclü üçüncü valyutası olub.

Bu nəticə Talibanın yerli əməliyyatlarda dollar və Pakistan rupisindən istifadəni qadağa etməsi sayəsində əldə edilib.

Humanitar yardım və artan ticarət də Əfqanıstan valyutasını dəstəkləyib. Çin, Britaniya və Türkiyə şirkətləri dəmir və qızıl mədənlərinin işlənməsi üçün bu ay Əfqanıstanla 6,5 milyard dollarlıq müqavilə imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Əfqanıstan həmçinin, mütəmadi olaraq humanitar yardımlar alır. Məlumata görə, BMT artıq ölkəyə 1,1 milyard dollar yardım göndərib. BMT-nin hesablamalarına görə, ölkəyə bundan sonra da təxminən 3,2 milyard dollar lazımdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram