Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-sentyabr aylarında 210 milyon 742 min ABŞ dolları dəyərində 792 min 331 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 19,6%, miqdarı isə 6,5% azalıb.
Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 265,9 dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% və ya 86,2 dollar azdır.
Əlavə edək ki, bu ilin 9 ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,67%-nə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!