"QatarEnergy" və "Shell" LNG tədarükü müqaviləsi bağlayıb | Banco.az

"QatarEnergy" və "Shell" LNG tədarükü müqaviləsi bağlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“QatarEnergy” və “Shell” Qətərdən Hollandiyaya hər il 3,5 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) tədarük etmək barədə razılığa gəliblər.

Banco.az xəbər verir ki, bu barədə “QatarEnergy” bəyanat yayıb.

Bəyanatda deyilir ki, “QatarEnergy” ilə “Shell”in nəzdində fəaliyyət göstərən şirkətlər arasında 27 il müddətinə illik 3,5 milyon ton LNG tədarükünü nəzərdə tutan iki uzunmüddətli müqavilə imzalanıb.

Müqavilələr çərçivəsində 2026-cı ildən başlayaraq 27 il müddətinə Niderlandın Rotterdam limanındakı Gate LNG terminalına LNG çatdırılacaq.

Sözügedən kvota Qətərin Şimal Sahə-Şərq və Şimal Sahə-Cənub genişləndirmə layihələrində payı olan QatarEnergy və Shell arasında iki birgə müəssisədən əldə olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et