Gələn il pensiya və sosial müavinətlər artacaq? | Banco.az

Gələn il pensiya və sosial müavinətlər artacaq?

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

2023-cü il üçün Azərbaycanda ehtiyac meyarının həddi 2022-ci ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub.

Bəs  gələn il  sosial müavinət və sosial təminat xərcləri nə ayrılan məbləğ pensiya və sosial müavinətlərin qaldırılmasına imka verəcəkmi?

Millət vəkili Fazil Mustafa  sosial müavinətlərin artırılması ilə bağlı məsələlərə münasibət bildirib.

Banco.az-a açıqlamasında millət vəkili qeyd edib ki, bunun üçün ilk növbədə məşğulluq problemi effektli formada həll edilməlidir.

“Əhalinin hamısına sosial müavinət, sosial ödəniş veriləcək deyə bir qayda yoxdur. Hər il  sosial ödənişə ehtiyacı olan insanların sayının azalması istiqamətində çalışmaq lazımdır. Amma təəssüf ki, bizdə bu məşğulluq strategiyası ilə bağlı bir sıra məsələlər aşağıda lazımı səviyyədə öz həllini tapmır.  Sosial müavinət və sosial təminat xərclərinin artırılması problemin həll edilməsi mənasına gəlmir. Əsas diqqət məşğulluq səviyyəsinin artırılmasına yönəldilməlidir. İşləmək istəməyib saxta yolla pensiya düzəltmək, yaxud da hansısa bir təminat əldə etmək istəyən insanlarımız da kifayət qədər var. Məsələnin əsas mahiyyəti odur ki, biz iş tapa bilməyən insanların məsələsini həll etməliyik”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram