Müəllif: Tamara Mustafayeva, Banco.az
“Goldman Sachs”ın III rüb üzrə gəlirləri proqnozları üstələyib.
Banco.az xəbər verir ki, ABŞ-ın bankçılıq nəhəngi “Goldman Sachs”ın üçüncü rüb üzrə xalis gəliri əvvəlki illə müqayisədə 1,3 faiz azalaraq 11,82 milyard dollar olub.
Bloomberg analitikləri xalis gəlirin 11,13 milyard dollar olacağını gözləyirdilər.
Bankçılıq qurumunun investisiya bankçılıq gəliri isə 1,54 milyard dollar proqnozlarına qarşı 1,56 milyard dollar olub.
Bankın səhm üzrə mənfəəti 5,47 dollar olduğu halda, xalis faiz gəliri 1,55 milyard dollar hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!