"Bank Respublika"nın depozit portfeli 1,2 milyard manata çatıb | Banco.az

"Bank Respublika"nın depozit portfeli 1,2 milyard manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin ən böyük banklarından biri olan "Bank Respublika" 2023-cü ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə "Bank Respublika"nın xalis mənfəəti 34,5% artaraq 25,67 milyon manata çatıb.

Ötən ilin eyni dövründə bu göstərici 19,1 milyon manata bərabər olub.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankın aktivləri isə 20% artaraq 1,86 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

9 ayın yekunlarına görə ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın depozit portfeli 27,02% artaraq 1,2 milyard manata çatıb. "Bank Respublika"nın kredit portfeli isə  1 milyard 90 milyon 730 min manata yüksəlib ki, bu da illik müqayisədə 19,2% artım deməkdir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et