"Bank of America" III rüb üzrə balans hesabatını açıqlayıb | Banco.az

"Bank of America" III rüb üzrə balans hesabatını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Bank of America" III rübdə gözləniləndən daha güclü faiz gəlirləri ilə mənfəət proqnozlarını üstələyib.

Banco.az xəbər verir ki, “Bank of America”nın bəyanatına görə, bankın ötən il 7,1 milyard dollar olan mənfəəti və 81 sent olan səhmbaşına qazancı 10 faiz artaraq müvafiq olaraq 7,8 milyard dollar və 90 sentə yüksəlib.

Bankın sözügedən dövr üzrə gəlirləri isə proqnozları üstələyərək 2,9 faiz artımla 25,32 milyard dollara çatıb.

“Bank of America” faiz gəlirlərinin də 4 faiz artaraq 14,4 milyard dollara çatdığını açıqlayıb. Bu rəqəm analitiklərin gözlədiyindən təxminən 300 milyon dollar yüksəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bankdan verilən açıqlamaya görə, faiz gəlirlərindəki bu artım yüksək faiz dərəcələri və kredit artımı ilə bağlı olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et