Müəllif: Tamara Mustafayeva, Banco.az
Qızıl siyasi gərginliyin azalacağına dair proqnozlar fonunda ucuzlaşmaqda davam edib.
Banco.az xəbər verir ki, ABŞ-ın İsrail-Həmas münaqişəsinin dərinləşməsinin qarşısını almaq üçün səylərini artırması ilə qızıl qiymətləri ikinci ticarət günündə də ucuzlaşıb.
Spot bazarda qızılın qiyməti həftənin ikinci ticarət günündə 0,2 faiz ucuzlaşaraq 1 916 dollar olub.
Xatırladaq ki, dünən də 0,7 faizlik ucuzlaşma reallaşmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!