Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Co Bayden administrasiyasının bu həftə İsrailə səfər etməyi planlaşdırdığı bir vaxtda neft qiymətləri ucuzlaşıb.
Banco.az xəbər verir ki, Bayden Həmas-İsrail münaqişəsindən sonra dəstəyini göstərmək üçün çərşənbə günü ölkəyə səfər edəcək. İsrail də Qəzzaya qurudan hücum planlarını davam etdirir.
Bu hadisələr fonunda ABŞ xam nefti bazar ertəsi günü 1 faizdən çox ucuzlaşdıqdan sonra bir bareli 86 dollara düşüb.
Brent markalı neftin bir bareli isə 89.66 dollara satılır.
Bizi sosial şəbəkələrdən izləyin!!