Türkiyə büdcəsi ötən ay 129 milyard lirə kəsirlə üzləşib | Banco.az

Türkiyə büdcəsi ötən ay 129 milyard lirə kəsirlə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə büdcəsi sentyabr ayında 129 milyard lirə kəsirlə üzləşib.

Banco.az xəbər verir ki, Xəzinə və Maliyyə Nazirliyi sentyabr ayı üzrə büdcə məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, sentyabr ayında büdcə gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 113,2 faiz artaraq 441 milyard 265 milyon lirə, büdcə xərcləri isə 99,8 faiz artaraq 570 milyard 482 milyon lirəyə çatıb.

Bununla da, sözügedən dövrdə büdcə kəsiri əvvəlki ilin eyni dövrünə görə 64,3 faiz artaraq 129,2 milyard lirə hesablanıb.

Eyni dövrdə faizsiz balans isə 58,5 milyard lirə kəsir verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram