Çin hökuməti ölkə iqtisadiyyatına dəstəyini davam etdirir | Banco.az

Çin hökuməti ölkə iqtisadiyyatına dəstəyini davam etdirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Xalq Bankı (PBOC) 2020-ci ildən bəri ən böyük ortamüddətli likvidlik inyeksiyasını həyata keçirib.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı (PBOC) (mərkəzi bank) iqtisadi canlanma və istiqraz satışlarını dəstəkləmək üçün 2020-ci ildən bəri ən böyük orta müddətli likvidlik inyeksiyasını həyata keçirib.

Belə ki, mərkəzi bank səhər saatlarında maliyyə sisteminə xalis 289 milyard yuan (39,6 milyard dollar) daxil edərkən, həmçinin açıq bazar əməliyyatları vasitəsilə bazardan xalis 134 milyard yuan qısamüddətli likvidliyi çıxarıb.

Qeyd edək ki, Çində ötən həftə açıqlanan istehlakçı inflyasiyası məlumatları ölkədə tələbin zəif qalmağa davam etdiyini göstərib ki, həm Pekin administrasiyası, həm də yerli hökumətlər fiskal stimullaşdırma addımlarını maliyyələşdirmək üçün istiqraz satışlarını sürətləndiriblər.

Xatırladaq ki, həftənin çərşənbə günü Çinin üçüncü rüb üzrə artım göstəriciləri elan olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram