Müəllif: Mehin Qasımova/Banco.az
Rusiya Bankı bir və beş min rubl nominalında yeni əskinasları dövriyyəyə buraxıb.
Banco.az xəbər verir ki, yeni min rublluq əskinasın əsas təsviri Nijni Novqoroda həsr olunub.
Beş min rublluq əskinasın ön tərəfində isə Yekaterinburqdakı “Avropa-Asiya” stelası var.
Mərkəzi Bank qeyd edib ki, modernləşdirilmiş əskinaslar mərhələli şəkildə, 1997-ci il modelinin əskinasları ilə bərabər dövriyyəyə buraxılacaq.
Ekspertlər xəbərdarlıq edirlər ki, yeni əskinasların dövriyyəyə buraxılmasından sonra saxtakarlıq və texniki nasazlıqların artacağını gözləmək lazımdır. Bu, ölkədə fəaliyyət göstərən bankomatların yalnız 40 faizinin yeni dizayn və təhlükəsizlik nişanlarını tanıması səbəbindən baş verəcək.
Hətta Rusiya Bankının özündə belə, heç də bütün sayma və çeşidləmə maşınları saxtaları ayırd etmək və onları dövriyyədən çıxarmaq iqtidarında deyil.
Bizi sosial şəbəkələrdən izləyin!!