Enerji nəhənginin səhmləri rekord səviyyəyə yüksəlib | Banco.az

Enerji nəhənginin səhmləri rekord səviyyəyə yüksəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Enerji nəhəngi “Shell”in səhmləri London birjasında rekord həddə yüksəlib.

Banco.az xəbər verir ki, Britaniyalı şirkətin səhmləri Londonda 1 faizdən çox artaraq səhmbaşına 2758 pensə çatmaqla rekord vurub. 3 il əvvəl pandemiya zamanı 878,3 pensə düşən səhm qiyməti o vaxtdan bəri üç dəfə bahalaşıb.

Qeyd edək ki, şirkətin müxtəlif dövrlərdə vəzifə yerinə yetirmiş rəhbərlərinin strateji transformasiyaları qiymətlərin bərpasında təsirli olub. Bununla yanaşı, enerji qiymətlərindəki bahalaşma da, səhmlərin dəyər qazanmasında rol oynayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram