Azər Türk Bankın kredit portfeli 43%-dən çox artıb | Banco.az

Azər Türk Bankın kredit portfeli 43%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli Banco.az

Bu ilin 30 sentyabr tarixinə Azər Türk Bankın xalis mənfəəti 10 milyon 499 min manat təşkil edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 milyon manat və ya 3,4 dəfə çoxdur.

Cari ilin yanvar-sentyabr aylarında Bankın aktivlərinin həcmi isə 863 milyon 369 min manat təşkil edib. Bu da illik müqayisədə 2,3% çoxdur.

Belə ki, 2022-ci ilin eyni dövründə Bankın aktivlərinin həcmi 844 milyon 194 min manata bərabər olub.

Hesabat dövründə bankın kredit portfeli isə 434 milyon 919 min manat olub. Azər Türk Bankın kredit portfeli ötən ilin eyni dövrünə nəzərən 43,5% artım göstərib.

Bankın kredit portfelinin 220 milyon 758 min manatını istehlak kreditləri, 43 milyon 371 min manatını biznes kreditləri, 170 milyon 790 min manatını isə daşınmaz əmlak kreditləri təşkil edib. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 126 milyon 816 min manat, 47 milyon 435 min manat və 128 milyon 834 min manat təşkil edib.

Bankın hesabat dövrünə depozitlərinin həcmi isə 421 milyon 971 min manat təşkil edib. Depozit porfeli ötən ilin eyni dövrü ilə müqayisədə 30,3% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et