NASA-nın “Psyche” asteroidinə kosmik missiyası başlayıb | Banco.az

NASA-nın “Psyche” asteroidinə kosmik missiyası başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

NASA-nın kosmik gəmisi “SpaceX Falcon Heavy” raketi ilə metalla zəngin asteroid olan “Psyche”ə doğru 6 illik səyahətinə başlayıb.

Banco.az xəbər verir ki, sözügedən kosmik səyahətin missiyası qiymətli metallarla zəngin olan asteroidin səthində qiymətli metalların tədqiqindən başqa, dərin kosmik optik rabitə üzrə tədqiqatların aparılmasıdır.

“Falcon Heavy” NASA-nın Kennedy Kosmik Mərkəzindən havaya qalxdıqdan sonra “Psyche” kosmik gəmisi uçuşdan cəmi bir saat sonra raketin yuxarı hissəsindən uğurla ayrılıb və NASA mühəndisləri qısa müddət sonra onunla əlaqə saxlaya biliblər.

Qeyd edək ki, “Psyche” (kosmik gəmi) hazırda Mars və Yupiter arasındakı əsas asteroid qurşağında yerləşən “Psyche”yə 2,2 milyard mil səyahətə çıxıb. Kosmik gəmi hədəfinə çatmazdan əvvəl Dərin Kosmik Optik Rabitə təcrübəsinin texnologiya nümayişini həyata keçirəcək. Uğurlu olarsa, bu, Yer-Ay sistemindən kənarda optik rabitənin ilk nümayişi olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram