Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Valyuta Fonduna (BVF) üzv ölkələr ilin sonuna kimi fondun kredit resurslarında “əhəmiyyətli artım” etməyə razılaşıblar.
Banco.az xəbər verir ki, hər il oktyabrın 16-da (bu gün) qeyd olunan “Ümumdünya Qida Günü” dünyada sağlam qidalana bilməyən və sağlam qidaya müntəzəm çıxışa ehtiyacı olan milyonlarla insanın vəziyyətinə diqqət çəkir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) builki "Ümumdünya Qida Günü"nün mövzusunu "Su həyatdır, su qidadır. Heç kəsi geridə qoymayın" kimi müəyyənləşdirib.
Bildirilir ki, Yer səthinin təxminən 71 faizini əhatə edən su miqdarının yalnız 2,5 faizi içmək, kənd təsərrüfatı və sənayedə istifadəyə yararlıdır.
Sürətli əhali artımı, urbanizasiya, iqtisadi inkişaf və iqlim dəyişikliyi kimi faktorlar planetin su ehtiyatlarını daha da azalma riski ilə qarşı-qarşıya qoyur. Eyni zamanda, son illərdə adambaşına düşən şirin su ehtiyatları da 20 faiz azalıb.
Rəsmi məlumatlar göstərir ki, bu gün 2,4 milyard insan su problemi yaşayan ölkələrdə məskunlaşıb. Bu rəqəmin əksəriyyətini qadınlar başda olmaqla yerli əhali, mühacir və qaçqınlar ibarət fermerlər təşkil edir.
Odur ki, “Ümumdünya Qida Günü”ndə daha az su ilə daha çox ərzaq və digər əsas kənd təsərrüfatı məhsullarının istehsalının vacibliyinə diqqət yetirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!