Müəllif: Mehin Qasımova/Banco.az
Rusiyada 2023-cü ilin əvvəlindən ən təhlükəli avtomobillər VAZ və Toyota olub.
Banco.az xəbər verir ki, bu markalar qəzaların ümumi sayının 19,6 və 7,8 faizini təşkil edir.
Şirkətin təhlili göstərir ki, Hyundai, Kia və Renault avtomobilləri də tez-tez qəzalara məruz qalır.
Eyni zamanda, antireytinqdə liderlər Lada Granta (qəzaların 4 faizi), Kia Rio və Hyundai Solaris (hər biri demək olar ki, 3 faiz), Lada Priora (1,9 faiz), Lada Kalina (1,7 faiz), Lada Vesta (1,5 faiz) eləcə də Toyota Corolla (1 faiz)olub.
Qəzalara ən az məruz qalan avtomobillər Volvo (0,7 faiz), Audi (0,6 faiz), BMW (0,7 faiz), Mazda (1,3 faiz) və Mercedes-Benz (1,4 faiz) avtomobilləridir.
Bizi sosial şəbəkələrdən izləyin!!