Samsung-un əməliyyat mənfəəti məhv ola bilər | Banco.az

Samsung-un əməliyyat mənfəəti məhv ola bilər

Müəllif: Mehin Qasımova/Banco.az 

Texnologiya nəhəngi Samsung üçüncü rübdə mənfəətinin təxminən 80 faiz azalacağını gözləyir. 

Banco.az xəbər verir ki, Cənubi Koreyada yerləşən texnologiya nəhəngi Samsung Electronics əməliyyat mənfəətinin 78 faiz azalacağını bildirib.

Şirkət üçüncü rübdə gəlirinin təxminən 67 trilyon Cənubi Koreya vonunu, əməliyyat mənfəətinin isə 2,4 trilyon von civarında olacağını proqnozlaşdırır.

Bu, bir il əvvəl bildirilən satışlarda 76,78 trilyon von və əməliyyat mənfəətində 10,85 trilyon von ilə müqayisə edilir.

Üçüncü rüb üçün bədbin gözləntilərə baxmayaraq, çip nəhənginin səhmləri 3 faizdən çox artıb.

Daiwa Securities-in baş meneceri SK Kim, Samsung-un 2024-cü ilin ikinci rübündən etibarən qiymətlərdə əhəmiyyətli bir yaxşılaşma görməsinin gözlənildiyini ifadə edərək, mövcud tələb mühitinin zəif olduğunu və Samsung-un vəziyyəti dəyişdirmək üçün istehsal azaldılması etdiyini söyləyib.

Qeyd edək ki, Samsung, noutbuklardan tutmuş serverlərə qədər məhsullarda istifadə edilən dünyanın ən böyük yaddaş çipləri istehsalçısıdır. O, həmçinin dünyanın ən böyük smartfon istehsalçısı kimi fəaliyyət göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram