Müəllif: Gülnar Əhmədli, Banco.az
Neft bir gün əvvəl kəskin artımdan sonra bu gün gün ərzində ucuzlaşıb.
Banco.az xəbər verir ki, Brent markalı neftin dekabr ayında ixracına dair müqaviləsində bir barelinin qiyməti 0,4 dollar (0,45%) ucuzlaşaraq 87,75 dollar olub.
WTI markalı neftin ixracına dair noyabr fyuçersləri isə 0,41 dollar (0,47%) ucuzlaşaraq bir bareli 85,97 dollar təşkil edib.
Qeyd edək ki, ötən gün Brent 4,2%, WTI isə 4,3% bahalaşıb. Buna səbəb isə Yaxın Şərqdə silahlı münaqişənin kəskinləşməsi fonunda tədarükün dayandırılması qorxusu olub.
Bizi sosial şəbəkələrdən izləyin!!