Rusiyada qaz hasilatında rekord azalma proqnozlaşdırılıb | Banco.az

Rusiyada qaz hasilatında rekord azalma proqnozlaşdırılıb

Rusiyada qaz hasilatında rekord azalma proqnozlaşdırılıb.

Banco.az Beynəlxalq Enerji Agentliyinin profil hesabatına istinadən xəbər verir ki, ilin sonunda Rusiyada qaz hasilatı 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşə bilər.

Hesablamalara görə, bu rəqəm 8 faiz azalaraq 620 milyard kubmetr olacaq. Üstəlik,  bu göstərici 2023-cü ilin ilk 8 ayında 10 faiz azalıb. 

Qeyd edilib ki, bu rekord azalma potensial olaraq həssas yataqlarda hasilatın dayandırılmasına səbəb ola bilər.

Ekspertlər proqnozlaşdırırlar ki, 2026-cı ilə qədər Rusiya qaz hasilatı tədricən 9 faiz artaraq 677 milyard kubmetrə çatacaq.Lakin yenə də 2021-ci ilin rekord səviyyəsindən 11 faiz aşağı qalacaq.

Bundan əvvəl "Qazprom" 2023-cü ilin birinci yarısında Rusiya qazının daxili və xarici bazarlara tədarükünün 26,5 faiz azalaraq 166 milyard kubmetrə, hasilatın isə 24,7 faiz azalaraq 179,5 milyard kubmetrə qədər azaldığını açıqlamışdı.

Şirkət bu dinamikanı hava, iqtisadi və siyasi amillərin təsiri ilə izah edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram