BVF bu il üçün qlobal iqtisadi artım proqnozunu dəyişməz saxlayıb | Banco.az

BVF bu il üçün qlobal iqtisadi artım proqnozunu dəyişməz saxlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) bu il qlobal iqtisadi artım gözləntisini 3 faiz səviyyəsində saxlasa da, gələn il üçün proqnozunu 3 faizdən 2,9 faizə endirib.

Banco.az bu barədə qurumun hesabatına istinadən xəbər verir. 

COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsindən sonra qlobal bərpanın yavaş və qeyri-bərabər davam etdiyinə diqqət çəkən hesabatda ilin əvvəlində əldə edilən bərpa ilə iqtisadi dayanıqlığa baxmayaraq rahatlaşmanın tez olduğu vurğulanıb.

Hesabatda xüsusilə inkişaf etməkdə olan bazarlarda və inkişaf etməkdə olan iqtisadiyyatlarda iqtisadi fəaliyyətin hələ də pandemiyadan əvvəlki səviyyədən geri qaldığı qeyd edilib. 

BVF iyul ayında dərc etdiyi proqnozlarında qlobal iqtisadiyyatın həm 2023, həm də 2024-cü illərdə 3 faiz artacağını proqnozlaşdırırdı. 

Bildirilib ki, inkişaf etmiş iqtisadiyyatlar 2022-ci ildə 2,6 faiz artacaq. Hesabatda bildirilib ki, ABŞ-da sürətlənmənin gözləniləndən daha güclü olduğu, lakin Avrozonada artımın gözləniləndən zəif olduğu bir vaxtda bu iqtisadiyyatlarda artımın bu il 1,5 faizə, 2024-cü ildə isə 1,4 faizə enəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram