Müəllif: Gülnar Əhmədli, Banco.az
Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 47,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istiandən xəbər verir ki, bu, əvvəlki hərracla müqayisədə 37,7 milyon ABŞ dolları və ya 4,8 dəfə çoxdur.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bundan əvvəlki hərracda (oktyabrın 5-i) tələb 9,7 milyon ABŞ dolları olub və tam təmin edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!