İtaliyada işçilər "minimum əmək haqqı" tələbi ilə yürüş keçiriblər | Banco.az

İtaliyada işçilər "minimum əmək haqqı" tələbi ilə yürüş keçiriblər

Müəllif: Mehin Qasımova/Banco.az 

İtaliyada işçilər "minimum əmək haqqı" tələbi ilə yürüş keçiriblər.

Banco.az xəbər verir ki, İtaliyada işçilər ölkənin aparıcı həmkarlar ittifaqı Ümumi Əmək Konfederasiyasının (CGIL) təşkilatçılığı ilə öz tələblərini, xüsusilə də minimum əmək haqqını hökumətə bildirmək üçün yürüş keçiriblər.

Romada on minlərlə insanın iştirakı ilə keçirilən iki böyük yürüş paytaxtın ən  məşhur meydanlarından biri olan San Giovannidə böyük mitinqlə başa çatıb.

Böyük mitinqdə çıxış edən CGIL-in baş katibi Maurizio Landini bildirib ki, bir ölkənin sərvətini istehsal edənlər işçilərdir, ona görə də işçilərin istehsal etdiyi sərvət işçilərə qayıtmalıdır:

"Minimum əmək haqqını tətbiq etməyin vaxtıdır. Saatda 5-6 avroluq maaş aclıq haqqıdır. Bu qəbuledilməzdir". 

Ən sərfəli kredit üçün müraciət et

Ölkədə son vaxtlar artan işçi ölümlərinə reaksiya verən Landini qeyd edib ki,  ayda 80 ölüm qırğına bənzəyir.

Qeyd edək ki, həmkarlar ittifaqlarının yürüşündə separatçı terror təşkilatı tərəfdarlarının da bayraqları ilə iştirak etməsi diqqət çəkib.

Ən sərfəli krediti almaq üçün müraciət et