"Bankların adekvat kapitala malik olması vacibdir" | Banco.az

"Bankların adekvat kapitala malik olması vacibdir"

Müəllif: Mehin Qasımova/Banco.az 

ABŞ Federal Ehtiyat Sisteminin Nəzarət üzrə sədr müavini Maykl Barr ABŞ-ın bank kapitalı tələblərini artırmaq planını müdafiə edib.

Banco.az xəbər verir ki, Maykl Barr bank kapitalı qaydalarının yenidən qurulmasına dair hərtərəfli təklifi müdafiə edərkən bankların kifayət qədər kapitala malik olmasının vacibliyinə diqqət çəkib .

O, Amerika Bankirlər Assosiasiyasının illik toplantısında açıqlama verərək, maliyyə sisteminin gözlənilməz stressi aradan qaldırmaq üçün bankların kifayət qədər kapitala malik olmasının zəruri olduğunu bildirib.

O, təklifin faydalarının xərclərdən daha çox olacağına inandığını söyləsə də, “Daha yaxşı kapitallaşmış banklar itkiləri daha yaxşı mənimsəyəcək və stress zamanı ev təsərrüfatlarına və biznesə kredit verməyə davam edəcək, sağlam və güclü iqtisadiyyata sahib olmağımıza kömək edəcək ” ,- deyə qeyd edib.

FED, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) və Valyuta Nəzarətçisi Ofisi (OCC) ilə birgə iri bankların risklə ölçülən aktivlərinin və tənzimləyici kapital tələblərinin ölçülməsi üçün yeni təklif dərc edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilib ki, təklif xüsusi olaraq cəmi aktivləri 100 milyard dollar və ya daha çox olan banklar üçün keçərli olacaq və icma bankları üçün kapital tələbləri dəyişməyəcək.

Tətbiq olunacaq risk həssaslığı və ardıcıllığının təkmilləşdirilməsinin təsirə məruz qalan bankların kapital tələblərinin artması ilə nəticələnəcəyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et